
“Sabahın ulduzları" Bakı kubokunda 8-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, ənənəvi olaraq tur ilk olaraq U-14 yaş qrupunda başlayıb.
Turun ilk günündə 3 oyun keçirilib ki, “Azərbaycan Qartalları” “Xan”ı minimal hesabla üstələyib, “Qəbələ” isə EFA-dan üstün olub. Turun prinsipal görüşündə - "Qarabağ" ilə "Sabah"ın duelində isə qalib müəyyənləşməyib.
"Sabahın ulduzları"
U-14, 8-ci tur
31 avqust
Azərbaycan Qartalları – Xan 1:0
Qollar: Mühəmməd İsmayılzadə, 72.
Qarabağ – Sabah 2:2
Qollar: İkram Əmirli, 5. Ceyms Eziaşi, 75 - Nihat Manafov, 21. Rəsul Əliyev, 59.
Qəbələ – EFA 3:1
Qollar: Hüseyn Kərimli, 63. Hüseyn Rəhimov, 75. Musa İsmayılov, 79 - Saleh Təhməzov, 46.
Bu gün U-14 yaş qrupunda 8-ci turun daha 3 oyunu keçiriləcək:
U-14 / 8-ci tur
“Ulduz” – “Zirə”
“Dostluq” – “Vətən”
“Sumqayıt” – “Neftçi”