
Bu gün Misli Premyer Liqasında 5-ci tur start götürür.
Fanat.Az xəbər verir ki, turun ilk günündə bir matç baş tutacaq.
Açılış oyununda "Neftçi" ilə "İmişli" üz-üzə gələcək. Bölgə təmsilçisi bakılıları Yevlaxda qəbul edəcək.
Dörd turdan sonra lider mövqeyində qərarlaşan "Neftçi" səfərdən qalib dönməklə zirvədəki yerini azı bir həftə də qorumağa çalışacaqsa, "İmişli" liderlərdən aralanmamaq istəyindədir.
Misli Premyer Liqası
5-ci tur
11 sentyabr
16:30. “İmişli” – “Neftçi” 2:2 (fasilə)
Qollar: Bəxtiyar Həsənalızadə, 29. Azər Salahlı 45+7-pen. - Freddi Varqas, 12. Breno Almeyda, 28.
“İmişli”: 22. Sadiq Məmmədzadə, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 33. Əkbər Eyubov, 6. Yau Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr, 80. Deko.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 17. Seyxan Fərəcov, 70. Mehdi Tahirov, 55. Murad Ələkbərov, 30. Xəlil Mürsəlli, 13. Rafael Vieqaş, 10. Dioqo Kardozu, 8. Xuan Hernandes, 42. Sebai Senin.
Baş məşqçi: Fərid Namazov.
“Neftçi”: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 17. Murad Xaçayev, 3. Rüfət Abbasov, 77. Falaye Sako, 18. İfeanyi Metyu, 55. Endryu Qravilyon, 29. Lyubomir Tupta, 33. Breno Almeyda, 10. Freddi Varqas, 11. Alen Şkribek.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 81. Məhdi Həsənov, 14. Elvin Bədəlov, 7. Emil Səfərov, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 26. Adeleke Akinyemi, 22. Denzel Jubitana, 20. Qustavo Klisman, 88. Viçko Şevel, 27. Draqolyub Saviç.
Baş məşqçi: Yuri Vernidub.
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev.
VAR: Emin Əliyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev .
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu.