
İngiltərə Premyer Liqasında bu gün keçiriləcək “Sanderlend” – “Arsenal” qarşılaşması əvvəlcədən nəzərdə tutulan erkən saatda başlamayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "TalkSport" yayıb.
Buna səbəb “Arsenal”ın həftə ərzində UEFA Çempionlar Liqasında “Napoli” ilə səfər oyununa çıxmasıdır. London təmsilçisinin futbolçularına əlavə istirahət və bərpa imkanı yaratmaq məqsədilə görüşün başlanma saatı 23:00-a dəyişdirilib.
Beləliklə, “Arsenal” altı gün ərzində üç oyun keçirəcək.
“Topçular” “Sanderlend”lə qarşılaşmadan sonra Liqa Kuboku çərçivəsində “İpsviç”lə də üz-üzə gələcəklər.
Əlisahib İbrahimli