
Azərbaycan 2-ci Liqasında 3-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, dünən start götürən tura bu gün yekun vurulub.
Turun ikinci günündə 4 matç baş tutub.
Günün ilk matçında "Şəki" Zaqatalada "Qaradağ Lökbatan"ı qəbul edib. Qonaqlar darmadağına sevinib. Yarım saat gec başlayan qarşılaşmalarda "Difai" "Ağdaş"a, "Hypers" isə "Şirvan"a minimal hesabla məğlub olub. "Şəmkir" - "Kür-Araz" duelində isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, ötən gün keçirilən oyunlarda "Marafon" "Zəngəzur"u 4:2, "Ağstafa Gəncləri" isə "Dinamo"nu 3:1 hesabı ilə məğlub edib.
Azərbaycan 2-ci Liqası
3-cü tur
14 sentyabr
“Şəki” – “Qaradağ Lökbatan” 1:8
Qollar: T.Məmmədzadə, 18. - S.Allahquliyev, 16, 34, 89. T.Əmircanov, 20. R.Orucov, 28. Ə.Hacılı, 59. K.Mahmudov, 64. Ə.Əlizadə, 72.
Hakimlər: Nahid Xasıyev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Vaqif Vəliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu, 15:30
“Difai” – “Ağdaş” 0:1
Qol: Ü.Mahmudov, 64.
Hakimlər: Sənan Bayramzadə, Elvin Mədətov, Rizvan Süleymanov, Ləman Əmirli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
"Palms Sports Futbol Mərkəzi" (IV meydança), 16:00
“Şirvan” – “Hypers” 1:0
Qol: A.Yunanov
Hakimlər: Hacıağa Həsənov, Ruslan Babayev, Cavid Ömərov, Rasim Musayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu, 16:00
“Şəmkir” – “Kür-Araz” 3:3
Qollar: E.Abdullayev, 8. İ.İsayev, 37. P.Məhərrəmli, 54. - B.Əliyev, 4. Ü.Quliyev, 14-pen, 59.
Hakimlər: Samir Musayev, Sadiq Əliyev, Tural Bayramov, Elçin Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu, 16:00