
"Fənərbağça" klubu ispaniyalı futbolçusu Marko Asensionun "Eyüpspor"la matç üçün heyətə daxil ediləcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "beIN Sports" yayıb.
İstanbul klubun bəyanatında qeyd olunub ki, avqustun 22-də "Konyaspor"a qarşı Super Liqa matçında zədələnən Asensio zədəsini sağaltmaq üçün tələb olunan fiziki hazırlıq səviyyəsinə çatmaq məqsədilə fərdi məşqlərini davam etdirir.
Açıqlamada həmçinin bildirilib ki, Asensio sabah və cümə günləri nəzərdə tutulan məşqlərin müəyyən hissələrində iştirak edəcək və 20 sentyabr bazar günü "Eyüpspor"la keçiriləcək oyunun heyətinə daxil ediləcək.
Əlisahib İbrahimli