
Misli Premyer Liqasının 6-cı turunda Qəbələ" ilə qarşılaşacaq "Neftçi" oyuna bir itki ilə çıxacaq.
Bu barədə Fanat.Az-a klubun sözçüsü Asəf Zeynallı məlumat verib.
"Ağ-qaralar" səfər matçında Andrey Ştoqninin xidmətindən yararlana bilməyəcək. Ukraynalı bud əzələsindəki ağrılardan əziyyət çəkir. O, bu mövsüm hələ meydana çıxa bilməyib.
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" görüşü sentyabrın 18-də reallaşacaq. Matçın start fiti 17:30-da səsləndiriləcək.
Mirağa