
Azərbaycan Kubokunun finalı Gəncədə baş tutacaq.
Fanat.Az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov sosial media hesabından paylaşaraq yayıb.
Onun açıqlaması belə olub:
"Düşünürəm ki, bu xəbər hər kəsin ürəyincə olacaq. Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. Bu işdə dəstək olan Gənclər və İdman Naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək!"