
Misli Premyer Liqasında 6-cı tur start götürür.
Fanat.Az xəbər verir ki, millinin oyunlarına görə yaranacaq fasilə ərəfəsində baş tutacaq tur üç günə sığacaq.
Turun ilk günündə iki oyun keçiriləcək. Açılış matçında "Neftçi" "Qəbələ"nin qonağı olacaq. "Ağ-qaralar" qələbə qazanmaqla, azı bir günlük vahid liderliyi ələ ala bilər. "Qırmızı-qaralar" isə özünü şimali makedoniyalı yeni baş məşqçisi Yeton Bekiriyə göstərmək üçün dəridən-qabıqdan çıxmağa çalışacaq.
Günün digər görüşündə isə "Qarabağ" doğma meydanda "Şəfa"nı qəbul edəcək. Ötən tur "Zirə" ilə oyunda xal itirən Ağdam təmsilçisi bunun acığını debütantdan çıxmaq əzmindədir.
Qeyd edək ki, tur çərçivəsində “Turan Tovuz” – “Zirə”, “Sabah” – “İmişli” görüşləri şənbə, “Şamaxı” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Sumqayıt” qarşılaşmaları isə bazar günü keçiriləcək.
Misli Premyer Liqası
6-cı tur
18 sentyabr
"Qəbələ" – "Neftçi" 0:0 (ilk hissə)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ. Şəhər stadionu.
“Qəbələ”: 1. Səlahət Ağayev (k) 4. Elvin Camalov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 9. Karim Rossi 7. Bruno Silva 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma
Ehtiyat oyunçular: 32. Artur Motta 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 81. Samir Ağayev 21. Ziya Şəkərxanov 19. Xəyyam Məmmədli 30. Cuma Hüseynov 24. İsmael Akinade 3. Edson Eduardo
Baş məşqçi: Yeton Bekiri
“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) 3. Rüfət Abbasov 77. Falaye Sako 5. İqor Ribeyro 55. Endryu Qravilyon 33. Breno Almeyda 10. Freddi Varqas 88. Viçko Şevel 11. Alen Şkribek 27. Draqolyub Saviç
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 91. Nurəziz Əzizov 14. Elvin Bədəlov 17. Murad Xaçayev 7. Emil Səfərov 24. Mustafa Sek 18. İfeanyi Metyu 97. Bassala Sambu 29. Lyubomir Tupta 26. Adeleke Akinyemi 22. Denzel Jubitana 20. Qustavo Klisman
Baş məşqçi: Yuri Vernidub
19:45. "Qarabağ" – "Şəfa"
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.