
Azərbaycan 2-ci Liqasında 4-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci günündə 4 matç baş tutacaq.
Bugünkü görüşlərdən ikisi 15:30-da, qalan ikisi də yarım saat gec başlayacaq.
İddialılardan olan, ancaq mövsümə inamlı başlamayan "Zəngəzur" yaxın qonşusu "Ağdaş"ın qonağı olacaq. "Dinamo" səfərdə "Hypers"lə üz-üzə gələcək. "Kür-Araz" "Difai"ni, "Qaradağ Lökbatan" isə "Şəmkir"i sınağa çəkəcək.
Qeyd edək ki, ötən gün keçirilən görüşlərdə "Şirvan" "Şəki"ni böyük hesabla (6:0), "Marafon" isə "Ağstafa Gəncləri"ni minimal fərqlə (2:1) üstələyib.
2-ci Liqa
4-cü tur
21 sentyabr
“Ağdaş” – “Zəngəzur”
Hakimlər: Nahid Xasıyev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Vaqif Vəliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Ağdaş şəhər stadionu, 15:30.
“Hypers” – “Dinamo”
Hakimlər: Kamil Aydınov, Cavid Ömərov, Tural Bayramov, Mehdi Yusifov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bərdə şəhər stadionu, 15:30.
“Kür-Araz” – “Difai”
Hakimlər: Nəriman Ağayev, Nurlan Əhmədzadə, Samir Cabbarov, Samir Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Saatlı. Olikpiya İdman Kompleksinin stadionu, 16:00.
“Qaradağ Lökbatan” – “Şəmkir”
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Ləman Əmirli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Lökbatan. Olikpiya İdman Kompleksinin stadionu, 16:00.
