
"Qarabağ"ın sabiq futbolçusu Leandro Andradenin transfer bazarındakı dəyəri yenidən yüksəlib.
Fanat.Az "Transfermarkt" portalına istinadən xəbər verir ki, Ukrayna Premyer Liqasında aparılan son qiymətləndirmədən sonra "Polesye"nin hücumçusunun qiyməti artırılıb.
Uğurlu çıxışı ilə diqqət çəkən Kabo-Verde millisinin üzvünün yeni bazar dəyəri 4 milyon avroya çatıb.
Bu yay Ağdam klubundan ayrılaraq Ukrayna təmsilçisinə keçən 26 yaşlı vingerin aktivində 2 qol və 2 məhsuldar ötürmə var.