
“İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi milli komandada keçirəcəyi son qarşılaşmada geyinəcəyi formanı təqdim edib.
Fanat.Az xəbər verir ki, 39 yaşlı hücumçu oktyabrın 6-da Buenos-Ayresdə yerləşən “Monumental Antonio Vespusio Liberti” stadionunda Beninlə oyunda son dəfə Argentina millisinin formasını geyinəcək.
Messi daha əvvəl Argentina yığmasında karyerasını başa vurmaq qərarında olduğunu açıqlamışdı. Futbolçu “Instagram”da yayımladığı videoda butslarını hazırlayıb bir formasını digər forma ilə əvəz edib və paylaşımına “Sonuncu oyun... Ömürlük forma” sözlərini əlavə edib.
Vida qarşılaşması üçün xüsusi hazırlanan formada Messinin soyadı və 10 nömrəsi qızılı rəngdə yazılıb. Formadakı “10” rəqəminin ətrafında isə Argentina bayrağının əsas milli simvollarından biri olan May günəşinə yer verilib.
Qeyd edək ki, Messi 2005-ci ildən Argentina millisinin üzvüdür. O, yığmanın heyətində 2022-ci ildə dünya çempionatının qalibi olub. Bundan başqa, 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə isə Finalissimanı qazanıb.
Əlisahib İbrahimli