
“Tottenhem”in yarımmüdafiəçisi Deyan Kuluşevski uzunmüddətli zədə fasiləsindən sonra məşqlərə qayıdıb.
Fanat.Az xəbər verir ki, informasiyanı “TalkSport” yayıb.
Mənbənin məlumatına görə, isveçli futbolçu təxminən 500 gündür yaşıl meydanlardan uzaq qalıb. Kuluşevski artıq komanda ilə məşqlərə başlayıb və meydana qayıtmağa hazırlaşır.
27 yaşlı oyunçu dizindən keçirdiyi əməliyyatdan sonra uzun müddət müalicə olunub. Onun bərpa prosesi planlaşdırıldığı kimi davam edir.
Kuluşevskinin nə vaxt rəsmi oyunda meydana çıxacağı hələ məlum deyil. “Tottenhem”in məşqçilər heyəti futbolçunun fiziki vəziyyətini nəzərə alaraq onun dönüşünü tədricən həyata keçirməyi planlaşdırır.
Kuluşevskinin qayıdışı “Tottenhem” üçün vacib məqam hesab olunur. O, zədədən əvvəl komandanın əsas futbolçularından biri idi.
Əlisahib İbrahimli