
"Turan Tovuz" ilə Türkiyənin "Fənərbağça" komandası arasında keçiriləcək yoldaşlıq oyununa nə qədər bilet satıldığı bəlli olub.
Klubdan Fanat.Az-a verilən məlumata görə, 1 sutka ərzində 12 mindən çox bilet satılıb.
Qeyd ki, azarkeşlər Birbilet.az platforması üzərindən istədikləri sektoru və yeri seçərək biletləri onlayn əldə edə bilərlər.
3, 4, 5 və 6-cı sektorlar “Turan Tovuz”un, 23, 24, 25 və 26-cı sektorlar isə “Fənərbağça”nın fan-klubları üçün ayrılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma oktyabrın 3-də saat 20:00-da start götürəcək.
Mirağa