
Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı yığma Bakıda Tacikistan seçməsi ilə qarşılaşacaq.
8-ci km qəsəbə stadionunda baş tutacaq oyun saat 20:00-da start veriləcək. Qarşılaşmada Roman Jitarinin başçılıq etdiyi moldovalı hakimlər iş başında olacaqlar.
Qeyd edək ki, bugünkü matç UEFA Millətlər Liqası çərçivəsində Litva və Lixtenşteynlə vacib görüşlərə hazırlıq məqsədi daşıyır. Millimiz sentyabrın 27-də səfərdə Litva ilə üz-üzə gələcək.
Yoxlama oyunu
23 sentyabr
Azərbaycan – Tacikistan 0:0 (ikinci hissə)
Hakimlər: Roman Jitari, Vlad Lifçiu, Vadim Vikol (hamısı Moldova), Kamranbəy Rəhimov (Azərbaycan).
VAR hakimləri: Abduraşıd Xudoyberganov (Özbəkistan), Kamran Bayramov (Azərbaycan).
Bakı. 8-ci km qəsəbə stadionu.
Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 4. Rahil Məmmədov, 19. Tellur Mütəllimov, 14. Elvin Bədəlov, 7. Toral Bayramov, 6. Abdulla Xaybullayev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 21. Rahim Sadıxov, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 3. Rüfət Abbasov, 5. Fərid Yusifli, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 11. Hüseynov, 12. Aydın Bayramov, 13. Emil Səfərov, 15. Murad Xaçayev, 16. Anatoli Nuriyev, 17. Vüsal İsgəndərli, 18. Cəlal Hüseynov, 23. Rəvan Mirzəmmədov, 24. Rüfət Abdullazadə, 25. Rahil Məmmədov, 26. Edqar Adilxanov.
Baş məşqçi: Ayxan Abbasov.