
Fransa yığmasının sükanı arxasına keçən Zinəddin Zidan ilk məşq toplanışındanca Didye Deşam dövründən qalan qaydaları ləğv edərək öz dəst-xəttini nümayiş etdirməyə başlayıb.
Fanat.Az "FootMercato"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis dərhal radikal dəyişikliklərə imza atıb.
İlk növbədə, futbolçuların "Klerfonten" bazasına ənənəvi təmtəraqlı gəliş şousu və zədəli oyunçuların mütləq bazaya gəlib tibbi nəzarətdən keçməsi tələbi ləğv edilərək, proses birbaşa klublarla həll olunmağa başlayıb.
Bundan əlavə, məşqlər Deşamın nadir hallarda istifadə etdiyi "Mişel Platini" meydançasına köçürülüb, Zidan isə məşq prosesinin təşkilində şəxsən iştirak edərək texniki fəndləri futbolçulara əyani şəkildə göstərir.
Fransalı əfsanənin bu yanaşması komandada tamamilə yeni bir havanın əsdiyini göstərir.