
UEFA Millətlər Liqasında 2-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci oyun günündə daha 8 oyuna baş tutacaq.
Günün əsas maraq doğuran qarşılaşmaları A Liqasında olacaq. Belə ki, ilk turda Fransaya doğma meydanda uduzan (0:1) Türkiyə bu dəfə İtaliyanı qonaq edəcək. Bursa şəhərində keçiriləcək qarşılaşma hər iki komanda üçün qrupda ilk xal(lar)ını qazanmaq baxımından önəmlidir. 1-ci qrupda günün daha bir maraq doğuran görüşü Belçika və Fransa arasında baş tutacaq.
B Liqasının 2-ci qrupunda yer alan Gürcüstan isə Tbilisidə Ukrayna yığmasını qəbul edəcək. Oyunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasına səfərdə Litva ilə 1:1-lik heç-heçə ilə start verib. Ayxan Abbasovun baş məşqçisi olduğu seçmə 2-ci turda Bakıda Lixteynşteyni qonaq edəcək. Qarşılaşma 1 oktyabrda baş tutacaq.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
28 sentyabr
B Liqası, 2-ci qrup
20:00. Gürcüstan – Ukrayna
22:45. Şimali İrlandiya – Macarıstan
C Liqası, 2-ci qrup
20:00. Ermənistan – Monteneqro
20:00. Latviya – Kipr
A Liqası, 1-ci qrup
22:45. Belçika – Fransa
22:45. Türkiyə – İtaliya
B Liqası, 4-cü qrup
22:45. İsveç – Polşa
22:45. Rumıniya – Bosniya və Herseqovina