
Litva ilə səfərdəki 1:1 hesablı heç-heçədən sonra Azərbaycan milli komandasının D Liqasının 2-ci qrupunu lider kimi bitirmək ehtimalı 57,7 faizə yüksəlib.
Fanat.Az "Football Meets Data" portalına istinadən xəbər verir ki, rəqib Litva yığmasının qrup qalibi olmaq şansı 41,8 faiz kimi qiymətləndirildiyi halda, Lixtenşteyn üçün bu göstərici cəmi 0,5 faiz təşkil edir.
Bununla belə, Avro-2028 pley-off mərhələsinə D Liqasından yalnız bir komandanın yollana biləcəyi üçün qrup birinciliyi əldə etmək hələ pley-offa vəsiqə üçün tam təminat demək deyil.
Səfərdə qeydə alınan bu bərabərlik eyni zamanda D1 qrupunda yer alan Malta yığmasının ümumi reytinqdə hər iki komandanı üstələmək şanslarını xeyli artırıb.
Yəni, komandamız öz qrupunda lider olsa belə, pley-offa yüksəlmək üçün paralel qrupdakı Maltanın xal itirməsini də gözləməli olacaq.
Kamil Xudiyev