
“Mançester Yunayted” “Barselona”nın müdafiəçisi Alehandro Balde ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı məşhur insayder Fabritsio Romano yayıb.
Məlumata görə, İngiltərə klubu yeni sol cinah müdafiəçisi axtarışındadır və Baldeni mümkün variantlardan biri kimi nəzərdən keçirir. “Mançester Yunayted”in futbolçunun agenti Jorge Mendes ilə Baldenin mümkün transferi barədə danışıqlar apardığı bildirilir.
Lakin transferin qarşısındakı əsas maneə maliyyə məsələsidir. Baldenin transfer haqqı və maaşı “Mançester Yunayted” üçün yüksəkdir. Klubun futbolçunu icarəyə götürmək variantına üstünlük verdiyi qeyd olunur.
“Barselona”nın isə 22 yaşlı müdafiəçini satmaq üçün təxminən 40,9 milyon avro tələb etdiyi bildirilir.
Əlisahib İbrahimli