
Mauro İkardi "Qalatasaray"a geri dönmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Nueve" yayıb.
Mənbənin məlumatına görə argentinalı forvard Türkiyə nəhəngi ilə bütün şərtlərini geri çəkərək razılığa gəlmək niyyətindədir. Həmçinin qızları ilə birlikdə İstanbulda yaşamağı düşünür.
"Qalatasaray" rəhbərliyinin bu duruma necə yanaşacağı maraqla gözlənilir.
"Sarı-qırmızılar"dakı dörd mövsümü ərzində komandanın qol baxımından əsas qüvvələrindən biri olan İkardi, göstərdiyi statistik nəticələrlə adını klubun tarixinə yazdırıb. Argentinalı futbolçu burada çıxış etdiyi 134 rəsmi matçda 77 qol vurub və 25 məhsuldar ötürmə edib. Dörd dəfə Super Liqa çempionluğu, həmçinin Türkiyə Kuboku və Türkiyə Super Kubokunu qazanan təcrübəli hücumçu azarkeşlər arasında müzakirə mövzusu olmağa davam edir.
Əlisahib İbrahimli