19:42 29.03.2022 1144

AÇ: Bir güləşçimiz finalda, ikisinin ümidi "bürünc"ə qaldı

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 92 kq-da yarışan Osman Nurməhəmmədov finala gedən yolda bolqarıstanlı Ahmed Sultanoviç Batayevlə üz-üzə gəlib 

Qarşılaşma 4:4 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən, adını finala yazdırıb. Nurməhəmmədov isə sabah bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq. Medal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

***

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, 86 kq-da çıxış edən idmançı yarımfinalda polşalı Sebastian Yezerjanski ilə qarşılaşıb.

3:1 hesablı qələbə qazanan Abakarov həlledici görüşə vəsiqə qazanıb. O, qızıl medal uğrunda San Marino təmsilçisi Maylz Nazem Amine ilə güləşəcək.

* 19:12

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançının rəqibi slovakiyalı Taymuraz Salkazanov olub.

Rəqibinə 2:8 hesabı ilə uduzan Bayramov sabah bürünc medal uğrunda güləşəcək.

Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.

***

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün mübarizəyə qoşulan daha beş sərbəst güləşçimizdən üçü yarımfinala vəsiqə qazanıb.

74 kiloqram çəki dərəcəsində yarışan Turan Bayramov 1/8 finalda Ali Umarpaşayevə (Bolqarıstan) 1/4 finalda Aymar Andruseyə (Estoniya) qalib gəlib. O, finala vəsiqə uğrunda Slovakiya təmsilçisi Taymuraz Salkazanovla üz-üzə gələcək.

86 kq-dakı Abubakr Abakarov Denis Balauru (Moldova), ardınca isə İvars Samusonoksu (Latviya) yenərək adını yarımfinala yazdırıb.

92 kq çəkidəki Osman Nurməhəmmədov mübarizəyə 1/4 finaldan start verib. O, bu mərhələdə Radoslav Marçinkeviçi (Polşa) məğlubiyyətə uğradıb.

Abubakr yarımfinalda Sebastyan Jezierzanski (Polşa), Osman Ahmed Batayevlə (Bolqarıstan) münasibətləri aydınlaşdıracaq.

61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifat mərhələsində Viktor Lizeni (Almaniya) məğlub etsə də, Georgi Valentinov Vangelova (Bolqarıstan) uduzub.

125 kq-dakı Aydın Əhmədov isə təsnifat mərhələsində Paris Karepidən (Albaniya) güclü olub. Lakin o, 1/4 finalda Robert Baran (Polşa) səddini keçə bilməyib.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq. Medal görüşlərinə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-dək davam edəcək.

***

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, 61 kiloqram çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifat mərhələsində Viktor Lizen (Almaniya) ilə üz-üzə gələcək.

Turan Bayramov (74 kq) 1/8 finalda Ali Umarpaşayev (Bolqarıstan) ilə, Abubakr Abakarov (86 kq) eyni mərhələdə Denis Balaur (Moldova) ilə qarşılaşacaq.

92 kq çəkidəki Osman Nurməhəmmədov yarışa 1/4 finaldan start verəcək. Onun ilk rəqibi Simeone Yannattoni (İtaliya) - Radoslav Marçinkeviç (Polşa) cütünün qalibi olacaq.

Nəhayət, 125 kq-dakı Aydın Əhmədov təsnifat mərhələsində Paris Karepi (Albaniya) ilə qüvvəsini sınayacaq.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal qarşılaşmaları isə 18:45-də başlayacaq. 

Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq. Medal görüşlərinə 20:00-da start veriləcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-dək davam edəcək.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 Avqust 2026
18:08

"Dinamo Kiyev"in sabiq üzvü karyerasını Azərbaycanda davam etdirə bilər

17:49

"Arsenal" Bruno Gimarayeşi rənglərinə bağladı

17:10

"Qalatasaray" portuqaliyalı müdafiəçini ala bilər

16:37

"Fənərbağça" "Real"ın hücumçusu ilə anlaşmağa yaxındır

16:08

Koxalski "Qarabağ"dan ayrılmağa və bu kluba keçməyə yaxındır

15:40

"İmişli" Quba Olimpiya İdman Kompleksi ilə vidalaşdı

15:03

Messinin atası vəfat etdi

14:55

"Beşiktaş"ın müdafiəçisinə Almaniya və İspaniyadan təkliflər var

14:22

Azərbaycan yığması Estoniyanı yendi

13:46

"Vilyarreal"ın nümayəndələri "Sabahın Ulduzları"nda

13:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:48

Tibo Kurtua başladı

12:17

Zidanın oğlu "Qranada"nı digər İspaniya klubuna dəyişdi

11:49

"Mançester Yunayted" gənc kolumbiyalını rənglərinə bağladı - RƏSMİ

11:23

Kulibali üzləşdiyi oğurluq hadisəsinin fotosunu paylaşdı

10:52

Yaponiya millisinin üzvü İngiltərə klubuna keçdi

10:26

"Barselona" müdafiəçisini İngiltərə nəhənginə icarəyə verir

09:38

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Çempionatın startına qədər 60-70 faiz hazır olacağıq" - Həşimov baxışa çağırdığı legioneri bəyənəcəkmi?

01:16

Nəriman Axundzadə "Erzurumspor"da - RƏSMİ

07 Avqust 2026
23:32

"LANDAU Lions" amerikalı basketbolçunu heyətinə qatdı

22:48

FİFA-dan Manuel Uqarte qərarı

22:12

Azərbaycan və İran arasında idmanda əməkdaşlığa dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planı imzalanıb

21:48

"Barselona"ya gürcü hücumçu gəlir

20:45

"Sumqayıt" Qətər klubu ilə heç-heçəyə razılaşdı

20:41

Mauro İkardi İspaniya yolunda

20:16

İtaliya futbolunda yeni təyinat

19:51

"Səbail"in İdarə Heyətinin üzvləri açıqlandı

19:09

"Mən azarkeşlərimizə güvənirəm" -Yuri Vernidub

18:38

Stolustü tennisçilərimiz Türkiyəyə yollanıblar

18:04

Diomande "Real"ın məşqinə qatılmadı

17:42

Serdar Dursunun yeni klubu müəyyənləşdi

17:26

"Sabah" Bakıda səfərdəki kimi inamli oynasa, qələbə qazanacağına şübhə etmirəm" - Elgiz Kərəmli

17:08

"Zirə" Namik ilə yollarını ayırdı - RƏSMİ

16:50

"Qarabağ"ın problemi hücum xəttidir" - Ağasəlim Mircavadov

16:32

İspaniyalı müdafiəçi "Bornmut"da - RƏSMİ

16:13

"Sabah" oyunu ilə göstərdi ki, evdə "Orhus"a qalib gələ bilər"

15:46

"Sabah" Həmzə Çoudrini transfer edə bilməyəcək?

15:29

Avropa çempionu Qazaxıstan millisinə baş məşqçi təyin edildi

15:11

MOİK rəsmiləri Xankəndiyə yollanır

Facebookdan bizi izləməyi unutmayın.
X