
Azərbaycanın çimərlik futbolu üzrə millisi bu gün növbəti yoldaşlıq oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, yığmamız Bakıda təlim-məşq toplanışında olan Qazaxıstan millisi ilə üz-üzə gələcək.
Görüş Su İdmanı Sarayının çimərlik futbolu meydançasında keçiriləcək. Qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. Matç hər iki komanda üçün qarşıdakı rəsmi turnirlərə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, Azərbaycan millisi ötən həftə Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin qalibi olub. Beləliklə, yığmamız qitə birinciliyinin A Liqasına yüksələrək növbəti mövsümdən Avropanın ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.