
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanı sözügedən turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
Ağdam klubu “Tvente” ilə qarşılaşıb. Niderland təmsilçisi ilə ilk görüş komandamızın minimal hesablı qələbəsi ilə başa çatıb.
Tərəflər arasında cavab görüşü gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
20 avqust
Tvente (Niderland) – Qarabağ 0:1
Qol: Kadi Borges, 52.
Hakimlər: Yucin Caya, Rejdi Avdo, Mario Şazivari, Emanuela Rusta (hamısı Albaniya).
Enshede. “Tvente” stadionu.
"Tvente" (əsas heyət): 1 Unnerştall, 28 Van Roy, 43 Nistad, 3 Pröpper (k), 29 Adelqard, 6 Zeruki, 42 Vaydman, 7, 11 Daan Rots, 9 Veqhorst, 27 Öryaseter.
Ehtiyat oyunçular: 16 Drommel, 22 Pasyer, 4 Kjölo, 10 Lammers, 12 Qilherme Peyşoto, 14 Hlinsson, 17 Torvaldsen, 19 Taha, 20 Van den Belt, 24 Kurovski, 25 Venneqor of Hesselink, 38 Bruns.
“Qarabağ: (əsas heyət): 23. Martin Zlomisiçliç, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 88. Samuel Lobato, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.