UEFA Avropa Liqasının qrup mərhələsində I tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbağça" Almaniyada "Ayntraxt"la qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə "Fənərbağça"nın heyətində Dmitrios Pelkas penaltidən yararlana bilməyib. Ardınca qonaqların hücumçusu Mergim Berişa hesabı komandasının xeyrinə dəyişsə də, baş hakim qolu hesaba almayıb.
Oyunun videoicmalını təqdim edirik: