Avropa Konfrans Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu ada Norveçin “Budyo Qlimt” komandasının hücumçusu Erik Botheym layiq görülüb.
21 yaşlı forvard evdə İtaliyanın “Roma” komandasına 6:1 hesabı ilə qalib gəldikləri matçda 2 qol və 3 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına “Anortosis”dən (Kipr) Rauno Sappinen, “Makkabi”dən (Təl-Əviv, İsrail) Qabi Kaniçovski və “Feyenoord”dan (Niderland) Brayan Linssen də namizəd idi.