
Dünən Çempionlar Liqasında debüt edən "Sabah"ın ardından bu gün daha bir təmsilçimiz avrokubok matçına çıxıb.
Fanat.Az xəbər verir ki, "Zirə" Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Torpedo" (Kutaisi) komandası ilə qarşılaşıb.
Komandamız rəqib qapısından 3 cavabsız top keçirərək qələbəni bayram edib.
Komandalar arasında Gürcüstanda keçiriləcək cavab matçı iyulun 16-da baş tutacaq.
UEFA Konfrans Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
8 iyul
Zirə - Torpedo Kutaisi 3:0
Qol: Ruan Renato, 32, 64-pen. Davit Volkov, 47.
Hakimlər: Yani Hüytiya, Veli-Matti Leppenen, Yusso Mantere, Peyman Simani (Finlandiya).
Sumqayıt. Şəhər stadionu.
“Zirə”: 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 32. Qismət Alıyev, 9. Davit Volkov, 4. Ruan Renato, 7. Eren Aydın, 5. Ange Mutsinzi, 10. Georgi Papunaşvili, 11. Junior Martins, 17. Vyeyra 93. Brahim Konate
Baş məşqçi: Rəşad Sadıqov
“Torpedo”: 1. Oto Qoşadze, 4. Matey Şimiç, 6. Məhəmməd Şerif, 15. Luka Kuprava, 16. Sori Mane, 7. Vladimir Mamuşaşvili, 14. Felipe Pires, 22. Dato Bukia, 9. Komnen Andriç, 11. Giorgi Arabidze,39. Vircil Pinson.
Baş məşqçi: Dirk Şuster