UEFA Konfrans Liqasının qrup mərhələsinin III turu ilə bağlı statistik göstəriciləri ilə bağlı videoxəbər yayımlayıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Abbas Hüseynovun Bakıda Qazaxıstan "Kayrat"ına vurduğu qol da fərqlənənlər siyahısında yer alıb.
UEFA Ağdam təmsilçisinin qələbə sayəsində ardıcıl 16-cı matçda məğlub olmadığını və bunların 11-də qələbə qazandığını xatırladıb.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Abbas Hüseynov 90+1-ci dəqiqədə qələbə qoluna imza atıb.