Avropa Liqasından Konfrans Liqasına düşən "Fənərbağça"nın baş məşqçisi Vitor Pereira iştirak edəcəkləri yeni turnir barədə danışıb.
Fanat.Az "Sporx" saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis əsas hədəfin Türkiyə Super Liqasını qazanmaq olduğunu bildirib:
"Daha öncə də qeyd etdiyim kimi, bizim üçün əsas Super Liqadır. Konfrans Liqasını qazanmaq təkcə baş məşqçinin deyil bütün komandanın hədəfi olmalıdır. Təbii ki, orda da güclü klublar var. Ancaq hazırda diqqətimizi ölkə çempionatına yönəltmişik. Türkiyə çempionatında xallar toplamaq, itirdiyimiz xalları kompensasiya etmək və turnir cədvəlində lazımlı mövqedə yerimizi möhkəmləndirmək qarşımıza qoyduğumuz əsas məqsəddir."
Xatırladaq ki, "Fənərbağça" UEFA Konfrans Liqasındakı təmsilçimiz "Qarabağ"ın potensial rəqiblərindən biridir.
Emin