2021/22 UEFA Çempionlar Liqasının 1/8 final, Avropa Liqası və Konfrans Liqasının isə pley-off mərhələsinin püşkatma mərasimin tarixi və saatı məlumdur.
Fanat.Az xəbər verir ki, tədbir dekabrın 13-də UEFA-nın Nyon (İsveçrə) şəhərində yerləşən qərargahında baş tutacaq.
Bakı vaxtı ilə saat 15:00-da ÇL-in 1/8 finalının, 16:00-da Avropa Liqasının, 17:00-da isə Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Avropa Liqası və Konfrans Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi isə 2022-ci il fevralın 25-i tarixində Bakı vaxtı ilə saat 16:00-də keçiriləcək.
Qeyd edək ki, Konfrans Liqasında yeganə təmsilçimiz "Qarabağ"ın da pley-off mərhələsindəki rəqibi 13 dekabr tarixində bilinəcək.
Emin