UEFA Avropa Liqası və Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın rəsmi saytı yayıb.
Avropa Liqasında Portuqaliya "Braqa"sından Abel Ruis, İtaliya "Atalanta"sının qapıçısı Xuan Musso, Fransa "Olimpik Lion"undan Tanqi Ndombele və Almaniyanın "Ayntraxt" klubundan Ansqar Knauff namizəddir.
Konfrans Liqasında isə bu ada Niderland PSV-sindən Mauro Junior, Çexiyanın "Slaviya" (Praqa) klubundan İra Sor, Norveç "Budyo Qlimt"indən Ulrik Saltnes və Fransa "Marsel"indən Dimitri Payet iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.