UEFA Avropa Liqası və Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Avropa Liqasında bu ada "Layptsiq"dən Anxelinyo ilə Marsel Halstenberq, "Ayntraxt"dan isə Daiti Kamada və Cibril Sou iddia edir.
Konfrans Liqasında isə "Feyenoord"dan Siril Dessers, Luis Sinisterra, "Roma"dan Lorentso Pelleqrini və "Lester"dən Ademalo Lukman namizəddir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.