
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 3-cü turun növbəti oyunları keçiriləcək.
Fanat.Az məlumatına görə, A, B və C Liqasında 8 görüş reallaşacaq.
A Liqasının 3-cü qrupunda İspaniya millisi Çexiya seçməsini qəbul edəcək. İngiltərə yığması isə Xorvatiya komandasının qonağı olacaq.
B Liqasının 1-ci qrupunda Şotlandiya qonaq qismində Şimali Makedoniya ilə qarşılaşacaqsa, Sloveniya səfərdə İsveçrə ilə mübarizə aparacaq.
UEFA Millətlər Liqası
Qrup mərhələsi
A Liqası
3-cü qrup
20:00. Xorvatiya - İngiltərə
22:45. İspaniya - Çexiya
Xal durumu: İspaniya - 6, İngiltərə - 3, Xorvatiya - 3, Çexiya - 0.
B Liqası
1-ci qrup
22:45. İsveçrə - Sloveniya
22:45. Şimali Makedoniya - Şotlandiya
Xal durumu: İsveçrə - 6, Sloveniya - 4, Şotlandiya -1, Şimali Makedoniya - 0.
C Liqası
1-ci qrup
17:00. Finlandiya - Albaniya
20:00. Belarus - San Marino
Xal durumu: Albaniya - 6, Finlandiya - 4, Belarus - 1, San Marino - 0.
4-cü qrup
20:00. Estoniya - Lüksemburq
20:00. İslandiya - Bolqarıstan
Xal durumu: İslandiya - 4, Lüksemburq - 3, Estoniya - 2, Bolqarıstan - 1.