Bu gün UEFA Millətlər Liqasında pley-off oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, D Divizionuna düşməmək uğrunda mübarizə aparan Estoniya Kiprlə, Moldova isə Qazaxıstanla üz-üzə gəlib.
İlk görüşlərdə meydan sahibləri qələbə qazana bilməyib.
Cavab qarşılaşmaları martın 29-da oynanılacaq. İki görüşün nəticəsinə əsasən qalib gələn komandalar C Liqasındakı yerlərini qoruyacaqlar.
Qeyd edək ki, Moldova - Qazaxıstan cütünün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupa, məğlubu isə D Liqasında Andorra, Latviya və Lixtenşteynin mübarizə aparacağı 1-ci qrupa düşəcək.
UEFA Millətlər Liqası
Pley-off, ilk oyunlar
24 mart
Moldova - Qazaxıstan 1:2
Qollar: Nikolaesku, 45+1 - Malıy, 64, Posmak, 79-öz qapısına
Estoniya - Kipr 0:0