
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu seçməmiz 1/8 final oyununa çıxacaq.
Milli 1/4-ə vəsiqə uğrunda görüşdə Türkiyə seçməsi ilə qarşılaşacaq. Oyun İstanbulun “Sinan Erdem” İdman Sarayında keçiriləcək və saat 20:00-da başlayacaq.
Xatırladaq ki, Azərbaycan millisi avqustun 21-28-də Bakıda - Milli Gimnastika Arenasında təşkil olunan AÇ-nin C qrupunda Portuqaliyanı (3:1), İspaniyanı (3:0) və Rumıniyanı (3:2) məğlub edib, Belçikaya (0:3) və Niderlanda (1:3) uduzub. Nəticədə öz qrupunda 8 xal toplayan yığma üçüncü yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.
AÇ-2026
1/8 final
1 sentyabr
20:00 Türkiyə – Azərbaycan
Azərbaycan: Polina Rəgimova, Elizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, Mariya Kirilyuk, Aynur İmanova, Kristina Besman, Raziyə Əliyeva, Yuliya Kərimova, Beyaz Quliyeva, Ceyran İmanova, Ayşən Abduləzimova.
İstanbul. “Sinan Erdem Spor Salonu”.