Bu gün UEFA Millətlər Liqasında V tura start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə A, C və D Liqalarında 9 qarşılaşma keçiriləcək.
Azərbaycan yığmasının mübarizə apardığı C liqasının 1-ci qrupunda iki qarşılaşma keçiriləcək. Millimiz Monteneqro ilə üz-üzə gələcək, qrupun lideri Lüksemburq autsayder Kipri sınağa çəkəcək.
Günün ən maraqlı görüşləri A liqasında baş tutacaq. Dünya çempionu Fransa ilə Avropa çempionu və Millətlər Liqasının qalibi Portuqaliyanın dueli final mərhələsinə vəsiqənin taleyini həll edə bilər. Qalib komanda qrup birincisi olacaq. Heç-heçə bu sualın cavabını hər şeyi son tura saxlayacaq.
Qeyd edək ki, turun digər görüşləri noyabrın 15-də keçiriləcək.
UEFA Millətlər Liqası
V tur
A liqası
3-cü qrup
23:45. Portuqaliya - Fransa
23:45. İsveç - Xorvatiya
Xal durumu: Portuqaliya - 10, Fransa - 10, Xorvatiya - 3, İsveç - 0.
4-cü qrup
23:45. Almaniya - Ukrayna
23:45. İsveçrə - İspaniya
Xal durumu: İspaniya - 7, Almaniya - 6, Ukrayna - 6, İsveçrə - 2
C Liqası
1-ci qrup
21:00. Azərbaycan - Monteneqro
21: Kipr - Lüksemburq
Xal durumu: Lüksemburq - 9, Monteneqro - 9, Azərbaycan - 4, Kipr - 1.
D Liqası
1-ci qrup
18:00. Malta - Andorra
21:00. Latviya - Farer adaları
Xal durumu: Farer adaları - 10, Malta - 5, Latviya - 3, Andorra - 2.
2-ci qrup
18:00. San Marino - Cəbəllütariq
Xal durumu: Cəbəllütariq - 6, Lixtenşteyn - 4, San Marino - 1.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol