17:32 16.03.2021 848

Rəqibimizin baş məşqçisi: "Təəssüf ki, Azərbaycanla İtaliyada oynayacağıq"

"Bizi qarşıda olduqca çətin oyunlar gözləyir. Bu, Avropa çempionatına gedən yol kimi asan olmayacaq".

Fanat.Az xəbər verir ki, bu fikirləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan, Serbiya və Lüksemburla keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

67 yaşlı mütəxəssis bildirib ki, seçmə mərhələnin startındakı 3 qarşılaşma həlledici olacaq: "Çünki bu görüşlər mundiala vəsiqənin başlanğıcını qoyacaq. Hazırda mənə aktual görünən yeganə məqam budur. Başqa alternativ variant görmürəm. Mayda Avropa çempionatının final mərhələsinə hazırlaşacağıq. Amma həmin turnirin seçmə mərhələ ilə heç bir əlaqəsi yoxdur. Düzdür, sıx qrafikdə oynamalı olacağıq. Amma bəhanə axtarmağın mənası yoxdur. Qarşıda 3 xal qazanmalı olduğumuz oyunlar var. Bunlar qrupdan çıxmaq üçün əsas matçlardır. Heyətdə yeni futbolçular olduğundan bütün diqqətimizi bir yerə cəmləşdirməliyik".

Nelsen Semedu, Mariu Rui, Uilyam Karvalyu, Fransişku Trinkau kimi aparıcı oyunçuların yığmadan kənarda qalmasına toxunan təcrübəli baş məşqçi seçimini belə izah edib: "Bu, seçmə mərhələdə iştirak edə biləcək futbolçuların bir hissəsidir. İndiki məqamda bu oyunçulara güvənəcəyəm".

O,  Azərbaycan seçməsini Portuqaliyada deyil, İtaliyada qəbul edəcəkləri üçün təəssüfləndiyini bildirib: ""Karantin məsələsi həll edildi. İngiltərədəki oyunçuların milliyə gəlməsi üçün hansısa problem yoxdur. Mən hüquq üzrə mütəxəssis deyiləm, amma aydın görünür ki, oyunçular yığmaya gələ bilərlər. Oyunların hamısı Portuqaliya xaricində keçiriləcək. Təəssüf ki, ilk görüşümüzü burada deyil, İtaliyada oynayacağıq".

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda oynanılacaq Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Bu oyundan 3 gün sonra Belqradda Serbiya ilə üz-üzə gələcək pireneylilər martın 30-da isə Lüksemburqun qonağı olacaq.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2026
20:09

"Brayton" "Tottenhem"in müdafiəçisi üçün 30 milyon təklif etdi

19:41

"Barselona"nın Reşford planı dəyişdi

19:17

MPL klubları “Turan Tovuz”la bağlı CAS-a müaciət etdi

18:38

Niko Şlotterbekdən "Real Madrid" və Joze Mourinyu açıqlaması

18:09

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

17:54

AFFA rəsmiləri klub nümayəndələri ilə görüşdülər

17:33

İkiqat İngiltərə çempionu Premyer Liqa klubunda - RƏSMİ

17:14

Alberto Akviliani A Seriyası komandasına baş məşqçi təyin edildi - RƏSMİ

16:53

"Siz mənim son oyunlarımı görməmisiniz?" - Kriştianu Ronaldu

16:27

Yapon hücumçu Almaniya klubunda - RƏSMİ

16:08

"Karvan-Yevlax" "10 nömrə"si ilə vidalaşdı

15:50

"Mançester Siti"nin sabiq oyunçusu Rusiya klubunda oynayacaq - RƏSMİ

15:32

Azərbaycan kanoeçisi Avropa çempionatında qızıl medal qazandı

15:14

"Liverpul" məşhur niderlandlı ilə vidalaşdı

14:56

Mahmud Qurbanov Premyer Liqa klubunun təklifini geri çevirdi

14:38

Çexiya uduzduğu oyunda 20 illik həsrətə son qoydu

14:20

"Cavid Hüseynov? Namizədlərdən biri odur, amma..." - "Araz-Naxçıvan"ın rəsmisi

13:56

PSJ vingerini bu qiymətə satır

13:32

Qvardiol "Mançester Siti" ilə danışıqları dayandırdı - Bu kluba keçir

13:13

"Sumqayıt"ın futbolçusu üçün il başa çatdı

12:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:40

Azərbaycan milli komandalarının rəqibləri bilindi

12:25

Murad Musayevin yeni klubu bilindi - RƏSMİ

12:08

Messi yenidən DÇ-nin qalibi olmaq şanslarını dəyərləndirdi

11:46

Mbappe Deşamı İtaliya millisinə getməkdən çəkindirdi - "Bu, dəhşətli olar"

11:27

"O, Braziliya prezidentindən çox təzyiqlə üzləşsə də..."

11:08

Avropa Liqası: Azərbaycan millisi Rumıniya ilə üz-üzə

10:49

Oblak karyerasını İtaliya nəhəngində davam etdirə bilər - SON DURUM

10:11

Mourinyunun ilk qurbanı bilindi - Rəhbərlikdən bu ulduzun satılmasını istədi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

DÇ-2026: Kanada Bosniya və Herseqovina ilə qarşılaşır

09:00

"Liverpul"un oyunçusu millinin heyətindən kənarlaşdırıldı - SƏBƏB

07:56

DÇ-2026: Çexiya koreyalılarla bacarmadı

02:40

Dünya çempionatları tarixində hələ belə hadisə olmamışdı

02:22

Meksika millisi hələ belə qələbə görməmişdi

01:29

Bernardu Silvanın "Real"la münasibətləri nə vaxt rəsmiləşdirəcəyi bilindi

01:03

DÇ-2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

11 İyun 2026
23:57

Roma Papası "Real"ın fəxri üzvü oldu

23:49

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

23:21

PSJ onun üçün 100 milyon avronu gözə aldı

Facebookdan bizi izləməyi unutmayın.
X