
Premyer Liqanı tərk edən "Karvan-Yevlax" daha bir futbolçusu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Yevlax klubu "10 nömrə"si Samuel Durrantla vidalaşıb. 24 yaşlı vingerin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Xatırladaq ki, Durrant 2025/2026 mövsümünün əvvəlində Yevlax klubuna keçmişdi. İngiltərəli futbolçu son mövsüm çempionatda 26 oyuna çıxıb.