
"Borussiya Dortmund"un və Almaniya millisinin mərkəz müdafiəçisi Niko Şlotterbek yayda "Real Madrid"ə transfer olunacağı ilə bağlı yayılan şayiələrə nöqtə qoyub.
Fanat.Az "BILD" nəşrinə istinadən xəbər verir ki, istedadlı oyunçu Madrid klubunun və Joze Mourinyunun komandasının marağına rəğmən hazırda bütün diqqətini yalnız dünya çempionatına yönəltdiyini israrla vurğulayıb.
Turnirdən sonra almaniyalı müdafiəçinin müqaviləsində yer alan 50-60 milyon avroluq sərbəstqalma bəndini aktivləşdirmək iqtidarında olan klublar arasında "Real"ın da adı xüsusi qeyd olunur.
Buna baxmayaraq, Şlotterbek karyerası ilə bağlı yekun qərarı yalnız mundialın başa çatmasından sonra verəcəyini mətbuata sızdırıb.