Portuqaliya yığmasının futbolçusu Joau Feliş DÇ-2022-nin seçmə mərhələsində Serbiyaya qarşı keçirəcəkləri oyunu barədə danışıb.
Fanat.Az xəbər verir ki, İspaniyanın "Atletiko" (Madrid) klubunda çıxış edən 22 yaşlı hücumçu açıqlaması zamanı Azərbaycan millisinə qalib gəldikləri görüşdən də söhbət açıb.
"Azərbacan yığması ilə oyunda saysız-hesabsız qol imkanlarımız oldu. Qələbə qazanmaq əsas hədəfimiz idi və bu hədəfə çatdıq. Serbiya ilə qarşılaşma Azərbaycanla matçdan tamam fərqli olacaq. Amma qalib gələcəyimizə ümid edirik. Onlar açıq oyuna üstünlük verir. Bu isə bizim üçün sərfəli ola bilər", deyə bildirib.
Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb. Komanda martın 27-də Serbiyanın, martın 30-da isə Lüksemburqun qonağı olacaq. Azərbaycan yığması isə növbəti oyunlarını müvafiq olaraq Qətər və Serbiyaya qarşı keçirəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol