Çox şadam ki, Azərbaycan milli komandasının düşərgəsindəyəm və qısa müddət ərzində mənə millinin heyətində debüt etmək də qismət oldu. Azərbaycan mənim əcdadlarımın vətənidir. Atamın babası və babam Azərbaycanda anadan olub, bu ölkədə yaşayıblar və babam sonradan Ukraynaya köçüb”.
Fanat.Az xəbər verir ki, bunu Portuqaliya ilə Turində keçirilən görüşdə yığmada debüt edən Anatoli Nuriyev deyib.
Sabah Macarıstanda Qətərlə sınaq matçına çıxacaq seçməmizin forvardı hədəflərindən danışıb: "Hələ birinci liqada çıxış etdiyim dövrdə millidə çıxış etməklə bağlı mənimlə əlaqə saxlanılmışdı. Türkiyədə təlim-məşq toplanışında olduğum dövrdə millinin baş məşqçisinin oyunumu izləməyə gəlməsi qərar verməyimdə əhəmiyyətli rol oynadı. Millimizə faydalı ola biləcəyimə ümid edirəm.
Əlbəttə, ilk növbədə millinin heyətində öz yerimi möhkəmləndirməliyəm. Buna nail olacağım təqdirdə daha çox çalışmaq və komandanın aparıcı üzvlərindən birinə çevrilmək barədə düşünmək olar. Qarşıda daha iki oyunumuz var. Hər iki qarşılaşmaya ciddi hazırlaşmalı və uğurlu nəticə qazanmalıyıq. Ümidvaram ki, məqsədimizə çata biləcəyik”.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol