Portuqaliya yığmasının futbolçusu Bernardo Silva DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə qarşılaşacaqları matçdan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubunda çıxış edən 27 yaşlı yarımmüdafiəçi hər görüşdə məqsədlərinin qələbə qazanmaq olduğunu bildirib:
"Azərbaycanla matçda vacib qələbə qazandıq. İndi isə Serbiya ilə üz-üzə gələcəyik. Rəqib fiziki cəhətdən güclü komandadır. Portuqaliyalılar Azərbaycanla matçda fərqli nəticə gözləyirdi. Əsas qələbə qazanmaqdır. Həmin qarşılaşmada qapıya kifayət qədər zərbə vurduq, lakin rəqibi 1:0 hesabı ilə üstələdik".
Qeyd edək ki, Portuqaliya ilk turda Azərbaycanı məğlub edib – 1:0. Serbiya ilə matç isə bu gün saat 23:45-də start götürəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol