"FedEx" şirkəti DÇ-2022-nin seçmə mərhələsində ilk turun Avropa zonası üzrə ən yaxşı 3 futbolçusunu seçib.
Fanat.Az xəbər verir ki, siyahıda millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin də adı var.
Yığmamızın Portuqaliya (0:1) ilə oyununda 14 "seyv" edən 26 yaşlı qapıçı siyahıda 3-cü pillədə yer alıb.
Birinci pillədə Türkiyə yığmasının kapitanı Burak Yılmaz, ikinci yerdə isə Çexiya millisindən Tomas Suçekdir.
Qeyd edək ki, Azərbaycan bu gün Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Türkiyə Norveçlə, Çexiya isə Belçika ilə üz-üzə gələcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol