Ötən gün DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda İralndiya ilə səfər matçı Lüksemburq üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, sözügedən komanda rəqibini 1:0 hesabı ilə üstələyib. Bununla da Luksemburq 13 il sonra ilk dəfə səfərdə qələbə qazanıb. Cırtdan ölkənin seçməsinin öncəki səfər qalibiyyəti 2008-ci ildə İsveçrə ilə görüşdə qeydə alınmışdı.
Qeyd edək ki, Lüksemburq Azərbaycan millisinin də mübarizə apardığı A qrupunda 3 xalla 3-cüdü.
DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda baş tutan Slovakiya ilə matç isə Malta üçün əlamətdar olub.
Tərəflər 2:2 hesablı heç-heçəyə razılaşıblar. Bununla da Malta 20 il sonra ilk dəfə səfərdə 2 qol vurmağı bacarıb. Komanda son dəfə belə nəticəni 2001-ci ildə - DÇ-2002-nin seçmə mərhələsində Çexiya ilə görüşdə göstərmişdi (2:3).
Qeyd edək ki, Malta hazırda H qrupunda 1 xalla sonuncudu.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol