17:36 29.03.2021 755

Stoykoviç: "Azərbaycana mütləq qalib gəlməliyik"

"Özümüzü Bakıda çox rahat hiss edirik. Çox gözəl şəhəriniz var. Yaxşı vaxt keçiririk”. 

Fanat.Az xəbər verir ki, bunu Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsinin III turunda Azərbaycanla keçiriləcək oyunla bağlı danışarkən deyib.
 
Qrupdakı ilk iki görüşündə 4 xal toplayan serblər sabah millimizin qonağı olacaq.
 
Matçın oynanılacağı Bakı Olimpiya Stadionunun konfrans zalında təşkil edilən mətbuat konfransında Stoykoviç bu fikirləri səsləndirib: "Azərbaycanın Portuqaliya ilə oyununu izləmişik. Azərbaycan rəqiblə başabaş mübarizə apardı. Bu komanda hazır görünür. Ancaq biz də öz oyunumuza köklənmişik. Keyfiyyətli rəqibimiz var. Təzyiq altında təzyiq göstərməyi bacarırlar. Fiziki cəhətdən də yaxşı komandadır. Sabah başabaş mübarizə və Azərbaycanın bizə kifayət qədər çətinlik törədəcəyini gözləyirik”.
 
- Sabah qələbə qazana bilməsəniz, faciə sayılacaq?
- Futbolda faciə anlayışını qəbul etmirəm. Keyfiyyəti və oyun üslubunu göstərmək üçün yetərincə vaxtın var. Bunu göstərə bilsən, uğur qazana bilərsən. Dünya çempionatına vəsiqə qazanmaq istəyiriksə, mütləq qalib gəlməliyik. Amma keyfiyyətli komandaya qarşı oynayacağımızı bilirik. Amma Azərbaycan istənilən rəqibə problem yarada bilər. Bütün bunlara baxmayaraq, sabah 3 xal qazanacağımıza inanıram.
 
- Serbiyalı məşqçklər Milan Obradoviç və Miloş Velebit Azərbaycanın aşağı yaş qrupu üzrə yığmalarında çalışırlar. Bundan xəbəriniz varmı və onlarla əlaqə saxlamısınızmı?
- Xeyr, onlarla əlaqə saxlamamışam. Amma onların Azərbaycanda işlədiyini çoxdan bilirəm. Ümid edirəm ki, Azərbaycan futbolu üçün yaxşı işlər görürlər. Azərbaycanla Serbiya arasında heç bir sirr yoxdur. Bu səbəbdən onlarla əlaqə saxlamağa ehtiyac duymadım. Obradoviç və Velebitlə danışıb Azərbaycanda oynayan serbiyalı futbolçularla bağlı məlumat almaq istəyərdim. Onlarla görüşmək maraqlı olardı.
 
- Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç də Bakıya xüsusi qonaq kimi gəlib. Onunla söhbətiniz olubmu?
- Subaşiç çox yaxşı futbolçu olub. Onun Azərbaycan millisindəki tarixini, fanatlar tərəfindən sevildiyini bilirəm. Onu biz dəvət etmişdik, amma təyyarədə söhbətimiz olmadı. Mən ön, o arxa sırada idi. Mənim üçün Azərbaycanın mədəniyyəti, tarixi barədə məlumat öyrənmək maraqlı olardı.
 
- Portuqaliya ilə görüşdən sonra Kriştianu Ronaldunun sayılmayan qolu barədə demişdiniz ki, epizodu görməmisiniz. Həmin epizoda baxmısınız?
- Oyun 2:2 bitib. Artıq həmin matçda deyilik. Bu barədə düşünmək də istəmirəm. Əsas məsələ qarşıdakı görüşlərdir. Ona qalsa, bundan öncə Serbiya ilə matçda Ronaldo ofsayddan qol vurmuşdu. Düzdür, üzr istəmişdilər, amma orada da nəticə dəyişməmişdi. Keçmiş bizim üçün önəmli deyil, əsas Azərbaycanla sabahkı görüşdür. Həmin epizoda bir rakursdan baxanda topun xətti keçdiyini, digər rakursdan izləyəndə isə keçmədiyi görünür. Portuqaliyalılardan soruşsanız, qol olduğunu deyəcəklər, serbiyalılar isə olmadığını bildirəcəklər. Açığı, sabah çətin oyun gözləyirəm. Çünki Azərbaycan millisinin baş məşqçisinin kifayət qədər təcrübəsi var. 3 xal üçün çalışacağıq. Buna nə dərəcədə nail olacağımızı bilmirəm.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2026
20:41

Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar

20:09

"Brayton" "Tottenhem"in müdafiəçisi üçün 30 milyon təklif etdi

19:41

"Barselona"nın Reşford planı dəyişdi

19:17

MPL klubları “Turan Tovuz”la bağlı CAS-a müaciət etdi

18:38

Niko Şlotterbekdən "Real Madrid" və Joze Mourinyu açıqlaması

18:09

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

17:54

AFFA rəsmiləri klub nümayəndələri ilə görüşdülər

17:33

İkiqat İngiltərə çempionu Premyer Liqa klubunda - RƏSMİ

17:14

Alberto Akviliani A Seriyası komandasına baş məşqçi təyin edildi - RƏSMİ

16:53

"Siz mənim son oyunlarımı görməmisiniz?" - Kriştianu Ronaldu

16:27

Yapon hücumçu Almaniya klubunda - RƏSMİ

16:08

"Karvan-Yevlax" "10 nömrə"si ilə vidalaşdı

15:50

"Mançester Siti"nin sabiq oyunçusu Rusiya klubunda oynayacaq - RƏSMİ

15:32

Azərbaycan kanoeçisi Avropa çempionatında qızıl medal qazandı

15:14

"Liverpul" məşhur niderlandlı ilə vidalaşdı

14:56

Mahmud Qurbanov Premyer Liqa klubunun təklifini geri çevirdi

14:38

Çexiya uduzduğu oyunda 20 illik həsrətə son qoydu

14:20

"Cavid Hüseynov? Namizədlərdən biri odur, amma..." - "Araz-Naxçıvan"ın rəsmisi

13:56

PSJ vingerini bu qiymətə satır

13:32

Qvardiol "Mançester Siti" ilə danışıqları dayandırdı - Bu kluba keçir

13:13

"Sumqayıt"ın futbolçusu üçün il başa çatdı

12:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:40

Azərbaycan milli komandalarının rəqibləri bilindi

12:25

Murad Musayevin yeni klubu bilindi - RƏSMİ

12:08

Messi yenidən DÇ-nin qalibi olmaq şanslarını dəyərləndirdi

11:46

Mbappe Deşamı İtaliya millisinə getməkdən çəkindirdi - "Bu, dəhşətli olar"

11:27

"O, Braziliya prezidentindən çox təzyiqlə üzləşsə də..."

11:08

Avropa Liqası: Azərbaycan millisi Rumıniya ilə üz-üzə

10:49

Oblak karyerasını İtaliya nəhəngində davam etdirə bilər - SON DURUM

10:11

Mourinyunun ilk qurbanı bilindi - Rəhbərlikdən bu ulduzun satılmasını istədi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

DÇ-2026: Kanada Bosniya və Herseqovina ilə qarşılaşır

09:00

"Liverpul"un oyunçusu millinin heyətindən kənarlaşdırıldı - SƏBƏB

07:56

DÇ-2026: Çexiya koreyalılarla bacarmadı

02:40

Dünya çempionatları tarixində hələ belə hadisə olmamışdı

02:22

Meksika millisi hələ belə qələbə görməmişdi

01:29

Bernardu Silvanın "Real"la münasibətləri nə vaxt rəsmiləşdirəcəyi bilindi

01:03

DÇ-2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

11 İyun 2026
23:57

Roma Papası "Real"ın fəxri üzvü oldu

23:49

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

Facebookdan bizi izləməyi unutmayın.
X