13:33 02.04.2021 1027

Millimizin sabiq futbolçusu: "Biz futbol oynamaq istəyirdik..."

Azərbaycan milli komandasının sabiq futbolçusu, hazırda "Səbail” klubunda məşqçi kimi çalışan Emin Ağayevin müsahibəsi:

- Emin bəy, Azərbaycan milli komandası son olaraq DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya Bakıda 1:2 hesabıyla məğlub oldu. Qarşılaşma ilə bağlı fikirləriniz nədir?
- Necə deyim, ilk hissədə komanda yaxşı oynadı, lakin nəticədə uduzdular. Futbolçular pis çıxış etmirdi, ilk hissədə yaxşı oynadılar.
 
- Oyun iki hissədən ibarət olur axı. İkinci hissədə bəs nə çatmadı ki, yaxşı oynasınlar?
- Fiziki durum yaxşı deyildi. Həm də, Serbiyanın futbolçuları Avropada, yaxşı klublarda oynayırlar. Bizimkilər isə Azərbaycanda. Sadəcə bir nəfər – Anatoli Nuriyev Ukraynada çıxış edir.
 
- Yəni məğlubiyyətə səbəb onların futbolçularının Avropa klublarında çıxış etməsidir?
- Bəli, mən belə düşünürəm.
 
- Azərbaycan yığması bir yoxlama, iki seçmə mərhələ oyununda məğlub oldu. DÇ-2022-nin digər oyunlarına nəzər salanda görürük ki, Malta səfərdə Slovakiya ilə heç-heçə edir, Lüksemburq gedir İrlandiyanı məğlub edir. Ermənistan yığması da üç oyunda üç qələbə qazanaraq, qrupunun lideri olur…
- Hə, baxıram. Lüksemburq və Ermənistan yığmasının Avropada çıxış edən futbolçuları var. Bizim milli komanda ilə digərlərinə baxın, özünüz fərqi görəcəksiz. Onların futbolçuları hardadır, bizimkilər harda… Gürcüstan İspaniya ilə oyunda son dəqiqə qolu ilə uduzdu. Ermənilər İslandiyanı, Rumıniyanı udurlar. Onların futbolçuları Rusiyada, Almaniyada oynayır. Baxın da, bunların özü elə hər şeyi göstərir.
 
- Bəs bizim futbolçular niyə Avropa klublarında deyil?
- Ona görə ki, bizdə vəziyyət yaxşıdır.
 
- Nə vəziyyəti? Futbolçuların klubları ilə olan müqavilə şərtləri baxımından deyirsiz?
- Bəli, müqavilələr yaxşıdır və buna görə xaricə çıxmırlar.
 
- Bəs 15-20 il əvvəl niyə yerli futbolçular ölkə xaricinə çıxırdılar?
- Biz futbol oynamaq istəyirdik. Rusiyada, İspaniyada çıxış edən futbolçularımız var idi və millimiz güclü idi, yaxşı çıxış edirdi. Bizim nəticəmiz var idi, Serbiyanı, İsveçrəni udmuşduq.
 
- Millinin uğursuzluğu təkcə bununla bağlıdır?
- Bəli, mən belə düşünürəm.
 
- Yığmanın baş məşqçisi Canni De Byazi oyunlarda meydana 6 müdafiəçi buraxır. Bununla nəsə nəticə əldə etmək olar?
- Nə deyim, məşqçinin işinə qarışmaq olmaz. Problem hər tərəfdə var. Bu haqda heç nə deməyəcəm.
 
- De Byazi Serbiya ilə matçın ilk hissəsindən sonra Anatoli Nuriyev və Azər Salahlının yorulduğu üçün əvəzlənmələrini istədiklərini demişdi. Siz də futbolçu olmusuz, 45 dəqiqə oynayıb, yorulduğunuz üçün meydandan çıxmaq istəmisiz?
- Mən nə deyim? Baş məşqçi De Byazidir və bu, onun işidir. Mən "Səbail”də çalışıram və öz futbolçularımız haqda danışa bilərəm. Amil (Yunanov) millidə idi, son oyunda heyətə salınmadı. Başqa kimsə haqda danışa bilmərəm. Heyəti De Byazi qurur və bu, onun bildiyi işdir.
 
- "Səbail”dən yığmaya çağırılan tək futbolçu Amil Yunanov Serbiya ilə oyunun heyətinə salınmadı…
- Amil yaxşı oğlandır, inşallah, gələcəkdə də millidə oynayacaq. Onun potensialı var, milliyə və komandasına fayda verəcəyini düşünürəm.
 
- Son matçda kənarda qalması psixoloji durumuna necə təsir edib, nəsə deyib sizə?
- Xeyr, heç nə deməyib. Peşəkar futbolçudur, psixoloji durumu yaxşıdır.
 
- "Səbail”də millidə çıxış etmiş Əfran İsmayılov, Rahid Əmirquliyev, Rauf Əliyev kimi futbolçular var. Yığmanın nəticələri ilə bağlı onlarla söhbətləşirsiz?
- Yox, mənə heç nə deməyiblər. Yığma barədə çox söhbətimiz olmayıb. Oyunlara baxandan sonra arada söhbət olur. Nəticələrdən onlar da narazıdırlar.

- Azərbaycan yığması seçmə mərhələdə növbəti oyunlarını Lüksemburq və İrlandiyaya qarşı keçirəcək.
- Açığı, heç nə gözləmirəm. Şanslar çox azdır. Görək, necə olacaq. Belə baxanda, nəsə demək olmur. Qarşıda vaxt var. Millinin şansları var, lakin çox azdır.
 
Mənbə: Komanda.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2026
23:30

AGF rəsmiləri Lənkəran və Astarada məşqçilərlə gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar

22:43

Atletika üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bilindi

22:07

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Rumıniyaya uduzdu

21:40

Azərbaycan nümayəndə heyəti FİS-in Beynəlxalq Xizək Konqresində iştirak edib

21:17

Azərbaycanın çövkən millisi Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb

20:41

Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar

20:09

"Brayton" "Tottenhem"in müdafiəçisi üçün 30 milyon təklif etdi

19:41

"Barselona"nın Reşford planı dəyişdi

19:17

MPL klubları “Turan Tovuz”la bağlı CAS-a müaciət etdi

18:38

Niko Şlotterbekdən "Real Madrid" və Joze Mourinyu açıqlaması

18:09

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

17:54

AFFA rəsmiləri klub nümayəndələri ilə görüşdülər

17:33

İkiqat İngiltərə çempionu Premyer Liqa klubunda - RƏSMİ

17:14

Alberto Akviliani A Seriyası komandasına baş məşqçi təyin edildi - RƏSMİ

16:53

"Siz mənim son oyunlarımı görməmisiniz?" - Kriştianu Ronaldu

16:27

Yapon hücumçu Almaniya klubunda - RƏSMİ

16:08

"Karvan-Yevlax" "10 nömrə"si ilə vidalaşdı

15:50

"Mançester Siti"nin sabiq oyunçusu Rusiya klubunda oynayacaq - RƏSMİ

15:32

Azərbaycan kanoeçisi Avropa çempionatında qızıl medal qazandı

15:14

"Liverpul" məşhur niderlandlı ilə vidalaşdı

14:56

Mahmud Qurbanov Premyer Liqa klubunun təklifini geri çevirdi

14:38

Çexiya uduzduğu oyunda 20 illik həsrətə son qoydu

14:20

"Cavid Hüseynov? Namizədlərdən biri odur, amma..." - "Araz-Naxçıvan"ın rəsmisi

13:56

PSJ vingerini bu qiymətə satır

13:32

Qvardiol "Mançester Siti" ilə danışıqları dayandırdı - Bu kluba keçir

13:13

"Sumqayıt"ın futbolçusu üçün il başa çatdı

12:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:40

Azərbaycan milli komandalarının rəqibləri bilindi

12:25

Murad Musayevin yeni klubu bilindi - RƏSMİ

12:08

Messi yenidən DÇ-nin qalibi olmaq şanslarını dəyərləndirdi

11:46

Mbappe Deşamı İtaliya millisinə getməkdən çəkindirdi - "Bu, dəhşətli olar"

11:27

"O, Braziliya prezidentindən çox təzyiqlə üzləşsə də..."

11:08

Avropa Liqası: Azərbaycan millisi Rumıniya ilə üz-üzə

10:49

Oblak karyerasını İtaliya nəhəngində davam etdirə bilər - SON DURUM

10:11

Mourinyunun ilk qurbanı bilindi - Rəhbərlikdən bu ulduzun satılmasını istədi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

DÇ-2026: Kanada Bosniya və Herseqovina ilə qarşılaşır

09:00

"Liverpul"un oyunçusu millinin heyətindən kənarlaşdırıldı - SƏBƏB

07:56

DÇ-2026: Çexiya koreyalılarla bacarmadı

02:40

Dünya çempionatları tarixində hələ belə hadisə olmamışdı

Facebookdan bizi izləməyi unutmayın.
X