İspaniya Sequndasında 34-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Malaqa”ya 0:2 hesabı ilə yenilib.
İsrafilov start "11-lik"də meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.
34 oyuna 29 xal yığan "Albasete” turnir cədvəlində 22 iştirakçı arasında sonuncudur.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol