Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə "Braunşveyq”lə üz-üzə gəlib və 2:0 hesablı zəfərə sevinib.
Nazarov start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 49-cu dəqiqədə Dmitri vurub.
31 tura 40 xal yığan "Ersgebirge” 18 kollektiv arasında 10-cu pillədə mövqe tutub.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol