Türkiyənin 1-ci liqasında 33-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi "Boluspor” da növbəti matçına çıxıb.
Bolu təmsilçisi səfərdə "İstanbulspor”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə bitib.
Start "11-lik"də meydana çıxan Araz 89-cu dəqiqədə əvəzlənib.
33 oyuna 39 xal toplayan "Boluspor” turnir cədvəlində 18 kollektiv arasında 12-cidir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol