ABŞ-ın birinci liqasında yeni mövsümə start verilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Finiks Rayzinq” də yeni mövsümdə ilk oyununu keçirib.
Rüfətin komandası öz meydanında "San Dieqo Loyal”ı 4:1 hesabıyla yenib.
Meydana start "11-lik"də çıxan Dadaşov qol vurmayıb. O, 86-cı dəqiqədə əvəzlənib.
Atilla
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol