Niderlandın 2-ci liqasında 37-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün icarə əsasında formasını geyindiyi "Telstar” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Den Boş”a 1:4 hesabıyla uduzub. Oyuna ehtiyat oyunçular skamyasında başlayan Kökçü 64-cü dəqiqədə meydana çıxıb.
37 tura 41 xal yığan "Telstar” turnir cədvəlində 13-cü pillədədir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol