İspaniya Sequndasında 38-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Ponferradina”nı 1:0 hesabıyla yenib.
İsrafilovun adı matçın iştirak ərizəsinə salınmayıb.
"Albasete” 38 oyuna topladığı 36 xalla 22 iştirakçı arasında sonuncudur.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol